Azərbaycan bu siyahıda 66-cı yerdədir

Azərbaycan 20 il müddətinə verilən ipoteka kreditlərinin illik faiz dərəcəsinin aşağı olmasına görə 103 ölkə arasında 66-cı yerdə qərarlaşıb. Azərbaycan Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, Azərbaycanda ipoteka kreditlərinin illik orta faiz dərəcəsi 8,09%-dir və bu göstərici ilə Azərbaycan qonşu ölkələr arasında ən ucuz ipoteka krediti verən ölkədir. Belə ki, ipoteka kreditlərinin illik faiz dərəcəsi İranda 20,08%, Rusiyada 20,08%, Ermənistanda 11,56%, Türkiyədə 18,62%, Gürcüstanda 12,12% təşkil edir.

Məlumata əsasən, dünyada ipoteka kreditinin illik faiz dərəcəsinin ən ucuz olduğu ölkələr Finlandiya (1,46%), Yaponiya (1,48%) və Slovakiya (1,60%), ən baha olduğu ölkələr isə Argentina (41,50%), Venesuela (22,68%) və İrandır (20,08%).

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə