Xəzər könüllülük məktəbinin iclası keçirilib

Bu gün Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyində üç Xəzəryanı ölkənin könüllülərinin iştirakı ilə “Xəzər Könüllülük Məktəbi”nin birinci iclası keçirilib. ETSN-nin mətbuat katibi İradə İbrahimovanın SİA-ya verdiyi məlumata görə, Rusiyanın “Şimal-Cənub” Politologiya mərkəzi tərəfindən həyata keçirilən “Xəzərin Könüllülük Meridianları” layihəsində Azərbaycan, Qazaxıstan və Rusiyanın könüllü təşkilatlarının liderləri və fəalları, könüllü layihələrdə praktik təcrübəsi olan tələbələr iştirak edir.

“2020-ci ilin Könüllülər ili elan olunduğu Azərbaycanda keçirilən tədbirin məqsədi beynəlxalq gənc könüllü təşkilatların nümayəndələri arasında üfüqi əlaqələr sistemi yaratmaq, humanitar münasibətlərin və mədəniyyətlərarası dialoqun inkişafı sahəsində regional problemlərin uğurla həlli üçün platformaya nail olmaqdır”.
Nazirliyin sözçüsü bildirib ki, iclasda Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə könüllü fəaliyyətinin ən yaxşı təcrübələri regional səviyyədə müzakirə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə