BDU-nun tələbələri “AzerGold”-da təcrübə keçəcək FOTO

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev və Cəmiyyətin digər nümayəndələri ilə görüş keçirib. BDU-dan SİA-ya verilən məlumata görə, BDU və “AzerGold” QSC arasında imzalanmış protokola uyğun olaraq keçirilən görüşdə illik müştərək fəaliyyət planı müzakirə olunub.

Protokola uyğun olaraq Universitetdə "AzerGold" QSC-nin fəaliyyəti ilə bağlı təqdimatın keçirilməsi, gənc mütəxəsisslər üçün "Universitetdən karyeraya uğurlu keçid" mövzusunda seminarların təşkili, Universitet tərəfindən keçiriləcək Karyera Həftəsində "AzerGold" QSC-nin əməkdaşlarının iştirakının təmin edilməsi, o cümlədən Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun ixtisasları üzrə təhsil alan tələbələrinin istehsalat təcrübəsinə göndərilməsi həyata keçiriləcək. Görüşdə həmçinin “AzerGold” QSC-nin əməkdaşları tərəfindən BDU-da təhsil alan tələbələr üçün müvafiq proqramlar üzrə master-klassların təşkili, həmçinin Universitet tələbələrinə geoloji-kəşfiyyat və dağ-mədən sənayesinin özəllikləri mövzusunda təlim - seminarın keçirilməsi barədə ilkin razılıq əldə olunub.

Sonda “AzerGold”-un nümayəndələri Universitetin Geologiya və Coğrafiya fakültələrində olub, Faydalı qazıntılar muzeyini ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə