"Sədərək"dəki yanğın 10 marşrutun hərəkətinə mane oldu BNA

"Sədərək"dəki yanğın 10 marşrutun hərəkətinə mane oldu BNA

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın bəzi marşrutların hərəkətinə mane olub.

Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, yanğın nəticəsində 117, 120, 126, 130, 164, 174, 176, 194, 206, 211 nömrəli müntəzəm marşrutların fəaliyyətində müəyyən çətinliklər yaranıb: "Məsələ ilə bağlı daşıyıcılarla əlaqə saxlanılmış və alternativ yollardan istifadə etməklə marşrutların fasiləsiz fəaliyyətinin təmin olunması tapşırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə