2 tələbə yoluxucu xəstəliklər şöbəsindən evə buraxılıb SƏHİYYƏ NAZİRLİYİ

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsində olan iki tələbə dünən evinə buraxılıb. Onların səhhətində hər hansı bir problem aşkarlanmayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Vəziyyəti normaldır heç bir şikayəti yoxdur.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə