“Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” FOTOLAR

17 fevral 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XII qrant müsabiqəsinin qalibi seçilmiş “Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin bağlanış tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Vüsal Əliyev radioaktiv şüalanmanın ətraf mühitə böyük təhlükə olduğundan və bu sahə üzrə ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanlar barədə məlumat verib.

Daha sonra Nərimanov rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin baş məsləhətçisi Pərvanə Nəsirova gənclərə günümüzün radiasiya problemlərindən bəhs edərək ekstremal şəkildə qorunmağın yollarını əyani şəkildə göstərib. AMEA-nın radiasiya institunun elmi işlər üzrə direktor müavini Rəvan Mehdiyeva akademiyanın bu istiqamətdə fəaliyyəti barədə geniş məlumat verib. Tədbir 258 saylı orta məktəbin hərbi rəhbəri Mayor Möhtəşəm Məhərrəmov və 73 saylı orta məktəbin hərbi rəhbəri Mayor Əlləzov Yusifin radiasiya şüalanması və ondan qorunmağın yolları barədə çıxışları ilə davam edib. Tədbir iştirakçılarının sual və təklifləri dinlənildikdən sonra tədbir yekunlaşıb və qonaqlarla xatirə şəkli çəkilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...