BDU-ya yeni mətbuat katibi təyin edilib

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub.

SİA xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Jurnalistika fakültəsinin müəllimi Günel İsgəndər qızı Orucəliyeva BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl universitetin Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova olub. Fevral ayının 12-də o öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə