Azərbaycanın Dövlət Miqrasiya Xidmətində (DMX) Almaniyanın Federal Kriminal Polis İdarəsinin rəhbəri Yorq Sirkenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
DMX-dən SİA-ya verilən xəbərə görə, xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov rəhbərlik etdiyi qurumun yaranma tarixi, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, fəaliyyətində beynəlxalq əməkdaşlığa üstünlük verən Xidmətin sıx əlaqədə olduğu ölkələrdən birinin məhz Almaniya olduğunu bildirilib.
York Sirke Azərbaycan ilə Almaniyanın müvafiq qurumları arasında miqrasiya sahəsində səmərəli əməkdaşlıqdan məmnunluq duyduğunu və bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini söyləyib.
DMX-nin rəisi 1990-cı illərin əvvəllərində keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda hökm sürən ictimai-siyasi vəziyyətdən danışmış, Dağlıq Qarabağ münaqişəsi və erməni təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından didərgin düşdüyünü xatırladıb.
Xidmət rəisi bildirib ki, məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikada sabitlik bərpa olunub, həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində vaxtilə digər ölkələrə köçən azərbaycanlılar geri qayıtmağa başlayıblar. Güclü iqtisadi inkişafda olan Azərbaycan indi əcnəbilər üçün cəlbedici ölkəyə çevrilib.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub, miqrasiya sahəsində qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB