Cəhbə xəttində canını fəda edən şəhidimiz Seymur Ələsgərov torpağa tapşırılıb - FOTOLAR

Erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan 1990-cı il təvəllüldü Seymur Ələsgərov dəfn olunub.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhidimiz Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının rəsmiləri, millət vəkilləri, şəhidimizin hərbçi yoldaşları, komandir heyəti və şəhər ictimaiyyəti iştirak ediblər.

Qeyd edək ki, hərbi qulluqçumuz Seymur Ələsgərov işğalçı erməni silahlılarının cəhbə xəttində açdığı atəş nəticəsində şəhid olub. Seymur Ələsgərov üç övlad atası idi. Onun sonuncu övladı 9 aylıqdır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə