Erməni təxribatı nəticəsində şəhid olan əsgərimiz Gəncədə dəfn olunacaq - FOTO

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törətməsi nəticəsində şəhid olan əsgərimiz bu gün Gəncə şəhərində dəfn olunacaq.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, dəfn mərasimi əsgər Ələsgərov Seymur Eldar oğlunun doğulub boya başa çatdığı evdə keçiriləcək. Şəhid əsgərimiz bu gün Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. Dəfn mərasimində şəhidin komandir heyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələri və şəhidin yaxınları iştirak edəcəklər.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə