Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib. SİA xəbər verir ki, dövlətimizin başçısı təbrikdə Azərbaycan-Litva dostluq münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Prezident İlham Əliyev bu münasibətlərin bütün sahələrdə qarşılıqlı faydalı şəkildə genişlənməsinin bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəyinə inandığını qeyd edib.

Prezident İlham Əliyev Prezident Gitanas Nausedaya möhkəm cansağlığı, işlərində uğurlar, Litva xalqına sülh və rifah arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...