Samirə Quliyeva: “İnsanların sıx olduğu yerlərdə aksiya keçirmək görüntü xarakteri daşıyır” – MÜSAHİBƏ (SƏS TV)
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) sədr müavini Samirə Quliyevanın SİA-ya müsahibəsi:
- Son zaman baş verən hadisələrə gənclərin münasibəti necədir?
- Həqiqətən son zamanlar müxalifətin həyata keçirmək istədiyi məsələlər var ki, bu da gəncləri çox narahat edir və gənclər bu proseslərə münasibətini sərt şəkildə bildirirlər. Əgər yadınızdadırsa, bir neçə gün öncə bir qrup gənc 2 aprel mitinqinə öz etirazlarını bildirdilər. Bu da o deməkdir ki, ölkədə gedən ictimai-siyasi proseslər, inkişaf, gənclərə olan münasibət, onlara göstərilən qayğı, ümumiyyətlə, respublikada aparılan ictimai-siyasi siyasət, sosial baxımdan və təhsildə, idmanda digər sahələrdə görülən işlər gənclər tərəfindən diqqətlə izlənilir və qiymətləndirilir. Bu gün bilirsiniz ki, gənclərimiz ölkəmizin ictimai- siyasi həyatında çox yaxından iştirak edirlər. Onları nədəsə aldatmaq, nəyəsə inandırmaq başqa cür mümkün deyil. Onlar hər şeyi yaxşı bilirlər.
Belə olan halda bunu görən gənclər müxalifətin bu cür çağırışlarına mənfi reaksiya bəsləyirlər. Bununla bağlı sosial şəbəkələrdə gənclərin etirazları var. Düşünürəm ki, 2 aprel müxalifətin mitinqi onu göstərdi ki, həqiqətən onları dəstəkləyən gənclər çox azlıq təşkil edir. Müxalifətin özünün sosial şəbəkələrdə, mətbu orqanlarda çəkdiyi foto şəkillər, videolara baxdıqda onların sıralarında gənclərin olmadığını görmək mümkündür. Orada orta və daha yaşlı nəslin insanları çıxış edib. Gənclərin həmin mitinqlərə qoşulmaması deyərdim ki, ölkədə gedən siyasətinin, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin fəaliyyətinin nəticəsidir. Gənclər 2 aprel mitinqinə çıxmamaqla öz münasibətini ortaya qoydu və müxalifətə sözünü dedi. Düşünürəm ki, müxalifət bu haqda düşünməlidir.
- Müxalifətin düşüncələri sırf gənclərə yönəlib. Nəyə görə onlar məhz gənclərə üstünlük verirlər?
- Hər bir ölkədə belədir və hər bir ölkədə bu cür məqamlarda gənclərə üstünlük verilir. Həqiqətən gənclər bizim sabahımızdır, gələcəyimizdir və gənclər daha tez öz təfəkkürünü ortaya qoyur, daha inandırıcı olurlar. Bu baxımdan fikirləşirəm ki, müxalif qüvvələri daha çox gənclərdən istifadə etmək istəyirlər. Əgər onlar gəncləri düzgün yola deyil, səhv yola istiqamətləndirirlərsə, bununla onlar Azərbaycanın sabahına xəyanət etmiş olurlar. Gənclərimiz sağlam düşüncəli və intellektual gənclərdir. Bu günki gənclər dünyada və ölkədə gedən prosesləri yaxından izlədiklərinə görə, onları yolundan çəkindirmək demək olar ki, qeyri-mümkündür. Belə olan halda gənclərimiz müxalifətin onlara xələl gətirə biləcək məsələlərinə uymurlar.
- Baxmayaraq ki, müxalifətə əhalinin sıx olan yerlərdə mitinqlərin keçirilməsinin qanunsuz olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Lakin müxalifət mitinqlərini əhalinin sıx olduğu yerlərdə keçirməyə cəhd göstərir. Buna səbəb nədir?
- Müxalifətin mitinqləri əhalinin sıx olduğu yerlərdə qanunsuz mitinq keçirməsi həm ictimai asayışın pozulması, polisin müdaxiləsi və digər proseslərə gətirib çıxardır. Belə çıxır ki, onlar şou xarakterli bir şey etmək istəyirlər. Əgər icazəsiz aksiyadırsa, aydındır ki, ora müdaxilələr olacaq. Belə olan təqdirdə aksiyada müxtəlif hadisə və narazıçılıqların olmasın təbiidir.
Müxalifətin əhalinin sıx olan yerdə mitinq keçirmək cəhdinin qarşısında əsas məqsədlərdən biri aksiyanı daha qabarıq şəkildə xarici təşkilatlara, digər insanlara göstərməkdir. Bundan əlavə onlar ictimai yerlərdə mitinq etməklə kənardakı insanları ora cəlb etmək beləliklə də çoxlu insan görüntüsü yaratmaq istəyirlər. Bir sözlər desək, ictimai, insanların daha çox, sıx olduğu yerlərdə aksiya keçirmək görüntü xarakteri daşıyır.
- Martın 11-i və aprelin 2-də keçirilən aksiyalardan sonra müxalifət üçüncü dəfə aksiya keçirməyi planlaşdırır. YAP gənclər birliyi bunun qarşısının almaq üçün hansı işlər görür?
- Ümumiyyətlə, YAP-ın ölkə siyasəti, Gənclər Birliyi təkcə bu aksiyalar zamanı deyil, hər zaman öz işini aparır. Gənclər arasında istər maarifləndirmə, səhiyyə, idman yeni texnologiyanın tətbiqi istərsə də digər sahələrdə mütəmadi iş görülüb, ölkədə gedən proseslər, gələcək perspektivlər, gələcək inkişafımız üçün hansı işlər həyata keçirmək barədə işlər aparılır, müxtəlif sahələrdə tədbirlər həyata keçirilir.
Müxalifətin mitinq keçirmək cəhdinin qarşısının alınmasına gəlincə YAP Gənclər Birliyi bu məsələləri gənclərlə sosial şəbəkələrdə müzakirə edir, həmin şəbəkələr vasitəsilə,ölkədən gedən inkişafla bağlı real faktları, ölkə aparılan siyasətlə bağlı məsələləri ortaya qoyuruq. Müxalifətin özü də daha çox sosial şəbəkələrdən istifadə etməklə gəncləri öz tərəflərinə çəkməyə cəhd edirlər. Biz bu vasitə ilə bir çox gəncləri müxalif qüvvələrinin təsiri altına düşməkdən çəkindirib öz tərəfimizə yönəldirik. Biz individual olaraq onlarla iş həyata keçiririk. Mən bunu öz uğurumuz kimi hesab edirəm. Biz bu işlərimizi 16-da keçiriləcək aksiyaya qarşı da həyata keçirəcəyik. Biz bu müddət ərzində həyata keçirdiyimiz işləri davam etdirəcəyik. Müxalifətin aprelin 2-də olduğu kimi ayın 16-da keçirəcəyi aksiyada gənclər azlıq təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB