"Cəsurluq Məktəbi" adlı layihənin təlim tədbiri keçirilib FOTOLAR

14 fevral 2020-ci il tarixində Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XII-ci qrant müsabiqəsinin qalibi seçilmiş "Cəsurluq Məktəbi" adlı layihənin təlim tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aytən Məmmədova dünyada ən böyük qəhrəmanlıqların məhz vətən naminə edildiyini, əsl vətəndaşa vətən sevgisinin aşılanmalı olduğunu bildirərək Azərbaycanın gələcəyinin gənclərə məxsus olduğunu qeyd edib.

Daha sonra Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının baş məsləhətçisi Nizami Babaşov çıxış edərək, vətən müdafiəçilərinin bu gün də ölkə rəhbərliyinin Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunduğunu Heydər Əliyevin siyasi kursunun ordu quruculuğu ənənələrinin uğurla davam etdirildiyini bildirərək çıxışını dövlətimizin başçısının qeyd etdiyi "Bu gün Azərbaycan ordusu həm döyüş fəaliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır" cümləsi ilə bitirib. "Cəsurluq Məktəbi" adlı layihənin təlimçisi Səxavət Hidayətoğlu disskusiya şəklində müzakirələr aparıb, təklif və sualları dinləyərək gənclərlə öz fikirlərini ətraflı bölüşüb. Layihə gənclərin böyük marağına səbəb olub.

Sonda tədbir iştirakçıları olan gənclərə sertifikat verilib. Tədbir başa çatdıqdan sonra layihə iştirakçıları çay fasiləsinə toplanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə