Masallıda “El havası” adlı yeni əyləncəli musiqi layihəsinə start verildi

Xəbər verdiyimiz kimi 13-14 fevral 2020-ci il tarixdə Masallı rayon Mədəniyyət Mərkəzində Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “El havası” adlı yeni əyləncəli musiqi layihəsinə start verib.

Layihənin əsasən məqsədi respublikanın rayon və şəhərlərində yaşayan istedadlı gənclərin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli mədəni irsimizi təbliğ etməkdir.

Yarışma 3 nominasiya üzrə keçirilir: rəqs, solo ifa, musiqi alətində ifa.

Yarışmanın ilk günündə Salyan, Neftçala Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarından olan gənclər işrtak edərək öz məharətlərin göstərmişlər.

Fevralın 14–də isə Masallı, Lənkəran, Astara və Lerik şəhər və rayonlarından olan gənclər öz istedadlarını nümaiş etdirəcəklər.

Qeyd edək ki, “El havası” adlı yeni əyləncəli musiqi layihəsi iki gün 13-14 fevral 2020-ci il tarixlərdə Masallı rayonunda keçiriləcək.

Zonalarda keçirilən “El havası” yarışmasının qaliblərini Bakıda təşkil olunacaq möhtəşəm qala-konsert proqramında maraqlı sürprizlər gözləyir.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə