İldırım Məmmədov: “Ermənistanla Rusiya arasında bağlanan hərbi müqavilə Azərbaycanın gözünü qorxutmağa yönəlib” - MÜSAHİBƏ (SƏS TV)

İldırım Məmmədov: “Ermənistanla Rusiya arasında bağlanan hərbi müqavilə Azərbaycanın gözünü qorxutmağa yönəlib” - MÜSAHİBƏ (SƏS TV)

- Azərbaycan ordusunun gücləndiyi bir məqamda bəzi kənar şəxslər silahlı qüvvələr haqda real olmayan məlumatlar yayırlar. Azərbaycan ordusunun modernləşməsi, NATO standartlarına tam uyğunlaşması niyə antiAzərbaycan mövqeli qüvvələri belə narahat edir?

- Şimali Afrikanın ərəb ölkələrində və ümumiyyətlə, dünyada baş verən hadisələrdən görürük ki, xalqın, onun siyasi rəhbərliyinin axır ümid, inam yeri ordudur. Bəzi qüvvələr ordumuz barəsində olmayan məlumatlar yaymaqla Azərbaycan ictimaiyyətində inamsızlıq yaratmaq istəyirlər. Həmin qüvvələr hansısa formatda Azərbaycanın hərbi-siyasi rəhbərliyinin siyasətinə qarşı çıxmaq istəyirlər. Lakin bu formatda istənilən çıxış əsassızdir. Silahlı qüvvələrdə baş verən xoşagəlməz hadisələrin isə düşmən qruplar tərəfindən təşkili kimi qiymətləndirmək olar. Əldə etdiyimiz məlumatlara görə, sonuncu üçüncü ordu birləşməsində baş verən hadisə zamanı həlak olanların üçü başından, 3-ü isə ürəyindən vurulub biri isə sağ qalmışdı. Sağ qalan əsgər isə Sumqayıt hərbi hissəsindən xidmətə çağırılıb. O deyirdi ki, hadisə hansısa qara geyimlilər tərəfindən həyata keçirilib. Belə olan halda yəqin ki, hadisə dost tərəfdən deyil, düşmən tərəfindən həyata keçirilib .Onlar hansısa formada ordu rəhbərliyinə qarşı təxribat həyata keçirmək istəyirlər. Bunu təxribat adlandırmaq olar. Hansı qurum güclüdür, təxribat işləri də ona qarşı həyata keçirilir ki, vətəndaşlarda inamsızlıq yaransın. Ordumuzla bağlı mənfi fikirlər yayan qüvvələr bu cür üsullarla öz çirkin əməllərini həyata keçirirlər.


- Sizcə, Ermənistan-Azərbaycan müharibəsi başlayarsa, Azərbaycan silahlı qüvvələri hansı zaman kəsiyində müharibəni bitirə bilər?

- Bu gün elə bir vəziyyət yaranıb ki, əgər müharibə olarsa, Azərbaycan ordusu nəinki Dağlıq Qarbağı geri qaytarar, həmçinin tarixi torpaqlarımız üzərində hüququmuzu bərpa edər. Bu gün Azərbaycan ordusu həm silah, həm texnika, həm insan resursu, həm də komandirlərin hazırlıq baxımından Cənubi Qafqazda liderdir. Bu liderliyi Ermənistan da qəbul edir. Ona görə də Ermənistan görüşlər zamanı hansısa bir formada Azərbaycan ordusunun texnikası, şəxsi heyəti, snayperlərini cəbhə xəttindən yığışdırmaq haqda məsələ qaldırırki, özlərinə rahat şərait yarada bilsinlər. Azərbaycan ordusu 15-20 il bundan əvvəlki ordu deyil. Ermənistan ordusu isə Rusiyanın nəzarətinə olmaqla yanaşı həm də Rusiya tərəfindən idarə olunur. Ermənistanda çalışan zavod, fabriklər rus biznesmenlərinin əlindədir. Ona görə də onların hansısa formada Azərbaycan ordusuna qarşı mənfi münasibətlər göstərməsinin heç bir yeri yoxdur. Bu gün Ermənistanı qoruyan Rusiya-Ermənistan müqavilələri, Gümrüdəki hərbi bazası olmasa Ermənistan silahlı qüvvələri qısa müddətdə tam məğlubiyyətlə üzləşər. Bunu onlar da başa düşürlər.


- Müharibə başlayarsa, Ermənistanla hərbi əməkdaşlıq müqaviləsi olan Rusiyanın Azərbaycana qarşı hərbi əməliyyatları gözləniləndirmi?

- Yadınızdadırsa, 2008-ci il avqustun 8-də Rusiya-Gürcüstan müharibəsi baş verdi. Mənim fikrimcə, bu müharibə Gürcüstana deyil, Azərbaycana qarşı idi. Azərbaycanın qaz-neft ixracına, iqtisadiyyatına qarşı idi. Müharibənin əsas məqsədlərindən bir gələcəkdə "Nabucco"nun qarşısının alınması idi. Rusiya Gürcüstana qarşı çıxaraq, Azərbaycanı qorxutmaq məqsədi güdürdü. Yadınızdadırsa, həmin müharibə zamanı Bakı-Tbilisi-Ceyhan neft borusunun üzərinə 12 bomba atmışdılar. Onlardan yalnız 4-ü partlamışdı. Şükürlər olsun ki, həmin partlayışlar kəmərə zərər verməmişdi. Daha sonra onlar dəmiryolu körpüsünü partlatdılar. Beləliklə, bir müddət olsa da, Azərbaycan neftinin Batumiyə çatdırılmasının qarşısını ala bildilər. Gürcüstana qarşı müharibə onu göstərdi ki, Rusiya hansısa formada Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunmasında maraql deyil və bu müharibə ilə o Azərbaycanı balanslaşdırılmış siyasət aparmağa məcbur etdiyini düşünüb. Ermənistanla Rusiya arasında bağlanan hərbi müqavilə Azərbaycanın gözünü qorxutmağa yönəlib. Məsələnin axırı ya ədalətli sülhlə qurtarmalı, ya da Rusiyanın vassallı olan Ermənistanın vəziyyəti gərgin olacaq. Bu gün Ermənistan iqtisadiyyatı 60 faiz İrandan, qalan payı isə digər dövlətlərdən asılıdır. Əgər bu münasibətlər korlanarsa Ermənistan daha acınacaqlı vəziyyətdə olacaq.
Biz Ermənistana pislik etməmişik, onlar bizə pislik ediblər. Rusiyanın onlara dəstəyi İran ərazindən baş verə bilər, lakin İran da buna yol verməyəcək. Bundan əlavə hazırda Rusiyanın silahlı qüvvələrində peqpessiv proseslər gedir.
O ki qaldı Rusiya ilə Ermənistan arasında bağlanan hərbi əməkdaşlıq müqaviləsinə, o sadəcə göz qorxutmaq üçündür. Buna fikir verməliyik, amma özümüzü qorxutmamalıyıq.

- Azərbaycanın qonşusu, İslam Konfransı Təşkilatında təmsil olunan İran niyə Ermənistanın hərbi-siyasi maraqlarından çıxış edir?

- Bu siyasətin başında Rusiya durub. Rusiya Səddam Hüseynin vaxtında İraqı da aldadıb. O zaman Rusiyanın İraqda Atom Elektrik Stansiya tikmək, bu ölkəyə kimyəvi silahların verilməsi kimi fikriləri var idi. Lakin sonda bu istək Səddam Hüseynin hakimiyyətinin arxivə getməsinə gətirib çıxardı. Bu işdə rusların 5 milyard dollar pulu batıb gedib. O pulları hanısa formatda çıxarmaqdan ötrü bu gün Rusiya İran alimlərini öz ərazisində nüvə silahı hazırlamaq üçün istifadə edir, İran tələbələrini oxudur. Bu o deməkdir ki, İran Rusiyadan asılı olaraq qalacaq. Bu gün İranın 8 nüvə mərkəzi var ki, onlar Tehranda yerləşir.
İranın Ermənistanı dəstəkləməsi biz tərəfdən mənfi qarşılanır. Dili, dini, mədəniyyəti bir olan qonşu İranın Ermənistanın iqtisadiyyatını dəstəkləməsi xoşagəlməz haldır. Biz bilirik ki, Ermənistan iqtisadiyyatının 60-70 faizi İrandan asılıdır. İranla avtomobil yolu, qaz, Rusiyanın pulu ilə dəmiryolu xəttinin çəkilməsi bizi narahat edir. Ancaq Rusiya sistematik olaraq İrandan alət kimi, siyasi məqsədlərini həyata keçirmək üçün istifadə edir. Rusiya daim İranı işğal edib. Təəssüf ki, İran rəhbərləri tarixə nəzər yetirmir, bunu gözə almırlar. Lakin son zaman Mahmud Əhmədinejad mitinqlərdə Rusiyanı beynəlxalq məhkəməyə verməklə hədələyir. Biz İrana təklif edərdik ki, Ertmənistanla müasibətlərini kəssin, iqtisadiyyatını digər ölkələrlə qursun. Azərbaycan bu şəkildə onun iqtisadi inkişafında iştirak etməyə hazırdır.

- Azərbaycan Xocalı aeroportunun tikintisi, üstəlikdə qanunsuz hərbi uçuşlar həyata keçirmək niyyətində olan düşmən ölkənin təyyarəsini fiziki cəhətdən məhv edə bilərmi?

- Bu məsələyə bizim iki münasibətimiz var. Bir tərəfdən Xankəndində yaxınlığındakı Xocalı aeroportu elə də böyük imkanlara malik deyil. O kiçik ölçülü təyyarələri qəbul edə bilər. Bu gün Dağlıq Qarabağ bizim tabeçiliyimizdən çıxmayıb. Əgər bu sosial məqsəd daşıyarsa, yəni bizim itaətimizdən çıxmış erməni soylu vətəndaşlarımıza kömək məqsədi üçün nəzərdə tutulubsa, o zaman biz buna "olsun" deyirik. Çünki orada itaətdən çıxan erməni soylu vətəndaşlarımıza bizim də yazığımız gəlməlidir. Onlar da hansısa yolla yaşamalıdırlar. Lakin bu işi Azərbaycanın hərbi-siyasi rəhbərinin icazəsi olmadan etmək mümkün deyil. Əgər bundan hərbi məqsəd üçün istifadə olunarsa,o zaman ölkəmiz həmin aeroportu məhv edə biləcək hava, təyyarə sistemi var.
Hələ ki, ermənilər təyyarələri qəbul edəcəklərini sadəcə elan edirlər. Lakin bunu həyata keçirmək üçün onların pulu yoxdur. Bu, ermənilərin növbəti pyarıdır ki, guya onlar yaxşı yaşayırlar. Lakin onların vəziyyəti çox acınacaqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə