Serbiya mətbuatı Azərbaycanda keçirilən parlament seçkilərindən yazır

Fevralın 9-da Azərbaycan Milli Məclisinə keçirilən seçkilər Serbiya mətbuatının da diqqətində olub. AZƏRTAC xəbər verir ki, ölkənin ən iri xəbər agentlikləri və portalları bu barədə xəbərlər yayıb. Materiallarda həm seçkilərə hazırlıq mərhələsini, həm də real seçki prosesini əks etdirən məlumatlar əksini tapıb. Bildirilib ki, səsvermə günü vətəndaşlar fəallıq nümayiş etdirərək səs hüququndan istifadə edib. Seçkiləri 59 beynəlxalq təşkilatdan və 58 ölkədən 883 xarici müşahidəçi izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə