Avtobusda sıxlıqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ!

Avtobusda sıxlıqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ!

Bir nəfər belə şikayət edirsə həmin şikayət bizim üçün önəmlidir. Bu sözləri SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyib.

Bəzi marşrut xətlərində avtobuslarda müşahidə olunan sıxlıqla bağlı və həmin sıxlıqdan əziyyət çəkən sərnişinlərin öz narazılıqlarını hansı formada və hara müraciət etməli olduqlarını araşdırdıq.

Agentliyin mətbuat xidmətinin rəhbəri bildirib ki, əgər vətəndaşların şəhər nəqliyyatı və ya ictimai nəqliyyatla bağlı hər hansı bir narazıçılıqları və ya şikayətləri varsa ilkin olaraq "ALO141" çağırı mərkəzinə müraciət etməkləri xahiş olunur. O bildirib ki, həmçinin sosial şəbəkələrdə Bakı Nəqliyyat Agentliyinin səhifələri mövcuddur. Onlar məm "Instagram"dan, həm də "Facebook"dan yazılı şəkildə öz şikayətlərini bildirə bilərlər. Eyni zamanda agentliyin "Əlaqə" bölməsindəm elektron müraciət formasında şikayətlərini yazıb göndərə bilərlər.

Şikayətlər və ya şikayətçi nə qədər olmalıdır ki, həmin marşrut xətti ilə bağlı müvafiq şikayətlərə baxılsın sualına isə Mayis Ağayev belə cavab verib:

"Bir nəfər belə şikayət edirsə həmin şikayət bizim üçün bu önəmlidir. Onlar fərdi qaydada bizə məktub da yazıb göndərə bilərlər, gətirib agentliyə də təqdim edə bilərlər. Əslində, agentliyə gəlmələrinə belə ehtiyac yoxdur, "[email protected]" elektron poçt ünvanına da şikayətlərini göndərə bilərlər.İstənilən müraciəti, təklifi və şikayəti dəyərləndirik. Bunun üçün xüsusi bir forma da lazım deyil".

Qeyd edək ki, aşağıdakı fotolar avtobusardakı sıxlıqdan əziyyət çəkən vətəndaşların çəkdiyi fotolardır. Əgər şikayətiniz və ya təklifləriniz varsa SİA-nın (012) 598 33 90 qaynar xəttinə müraciət edə bilərsiz.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə