Bakıda Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi ərazidə (Şamakinka dalanan ərazidə) inşa edilən yerüstü keçidin tikinti işləri artıq yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya verilən açıqlamada bildirilib, artıq 2 ay müddətinə işlərin yekunlaşdırılması gözlənilir.
Məlumatda bildirilir ki, mövsümlə əlaqəli olaraq tikinti işləri müəyyən qədər səngiyir, lakin işlərin əksər hissəsi görülüb. Yerüstü keçid demək olar ki, hazırdır.
Agentlikdən verilən məlumata görə, yerüstü keçidin açılışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev iştirak edəcək. Buna görə də körpünün dəqiq açılış vaxtı Prezidentin Administrasiyası tərəfindən təsdiq ediləcək.
Həmin məlumat agentliyə daxil olduqdan sonra keçidin açılış işlərinə başlanılacaq.
Qeyd edək ki, yerüstü keçid inşa edilən ərazidə çoxlu sayda tıxac meydana gəldiyindən keçid istifadəyə verildikdən sonra mövcud ərazidə tıxacın nisbətən aradan qaldırılması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB