Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu Bakıda qərargah açacaq

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu Bakıda qərargah açacaq
Sabah Bakıda Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) qərargahının açılış mərasimi olacaq. Forumdan SİA-ya daxil olan məlumata görə, təşkilatın əsas məqsədi xaricdə təhsil alan, həmçinin məzun olmuş azərbaycanlı gənclərin məqsədyönlü fəaliyyətini təşkil etmək, Azərbaycanın xaricdə təbliği sahəsində onlara köməklik göstərmək və bunun üçün münbit şərait yaratmaq, təcrübə mübadiləsi üçün uyğun platformalar təşkil etməkdir. Açılış mərasimində ictimai xadimlər və digər qonaqlar iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə