Hətta Avropanın imtina etdiyi qaragüruhçular həzm etmədikləri məğlubiyyətlərini bu dəfə qanun keşikçilərinin üzərinə yıxmağa cəhd edirlər
Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən müstəqil Azərbaycan bu gün, bütövlükdə Avropanın ən sabit, təhlükəsiz və tolerant ölkələrindən biri kimi tanınır. Möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında daxili işlər orqanlarının və onun ayrı-ayrı strukturlarının da müstəsna xidmətləri vardır. Bu gün "mənim polisim, məni qoruyur" fikrinə sadiq olan polislərimizin fəaliyyətləri ilə qürur hissi keçirisən.
Müxalifətin ənənəvi hay-küyü...
Bu günlərdə, yəni müstəqil Azərbaycanımızın dövlətçilik tarixində çox ciddi bir mərhələnin başlanğıcı olan 9 fevral parlamenti seçkiləri uğurla, demokratik və şəffaf keçirildi. Bu seçkilərin uğurlu və şəffaf keçirilməsi ilə bağlı ölkəmizə gələn beynəlxalq təşkilatların nümayəndələri də açıqlamalarında dönə-dönə vurğuladılar. Lakin təəssüf doğuran dağıdıcı və satqın radikal müxalifət yenə də öz ənənəsinə "sadiq" qalaraq, hay-həşir salıb, seçkilərin nəticələrinə qarşı çıxaraq, qanunsuz mitinq və piketlər keçirməklə ölkədə siyasi
sabitliyi pozmaqla ölkəmihzdə olan xarici qonaqların diqqətini cəlb etməyə çalışsalar da, asayiş keşikçiləri olan polislərimiz buna imkan vermədi. Azərbaycan polisi öz xidməti borcunu layiqincə yerinə yetirməklə ictimai asayişi, əhalinin təhlükəsizliyini qorumaq və vətəndaşların qanuna uyğun davranışını təmin etmək üçün bu addımı atdı və xalq da polisin bu hərəkətini alqışladı. Və radikal müxalifətə, bir daha anlatdı ki, nə belə təxribatlar, nə də Azərbaycanda əmin-amanlığı sevməyən digər qüvvələr vətəndaşları bu yalanlara və böhtanlara şərik edə bilməyəcəklər.
Qaragüruhçularala "sarı jiletlilərin" nə fərqi var?!
Bütün seçkilərdə biabırçı uğursuzluğa düçar olan qaragüruhçular həzm etmədikləri növbəti məğlubiyyətlərini bu dəfə qanun keşikçilərinin üzərinə yıxmağa cəhd etmələri də təəccüb doğurmur. Niyə radikal müxalifət Avropa ölkələrində, xüsusən, son vaxtlar Fransada "sarı jiletlilər" deyilən etirazçıların nümayişi zamanı, eləcə də, demokratiya beşiyi sayılan ABŞ-ın özündə polisin vətəndaşlara qarşı zorakı davranmasını görmürlərmi? Cəmiyyətdə polis haqqında sanki tamamilə totalitar, zorakı bir sistem kimi fikir formalaşdırmaqla bir daha xalqa, dövlətə və vətənə xəyanət etməklə əsl simalarını göstərirlər.
Belə olan halda, radikal müxalifət nə qədər ki, təxribatlara, böhtanlara əl atacaqlarsa, bir o qədədr də xalqın nifrətini qazanacaqlar. Çünki müxlifətin sıradan çıxması üçün hakimiyyətə əlavə resurs cəlb etmək lazım deyil. Zatən, əks-düşərgə özü-özünü içindən didib-parçalayır. Belə olan halda, bu cür sual yaranır: qaragüruhçularala "sarı jiletlilərin" nə fərqi var?!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB