Azərbaycan elmi-tədqiqat institutlarının yaratdığı yeni sortlar xarici sortlarla müqayisədə quraqlığa daha davamlıdır və rəqabət qabiliyyətlidir. SİA xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik-Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.
Onun sözlərinə görə, artıq 4 yeni, yerli kartof toxumu bazarlarda satılır.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda həm faraş kartofla, həm də təzə kartofla bağlı təhqiqat işləri aparılır:
"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə milli kartofçuluq sistemi adlı layihəmiz həyata keçirilir. Məqsədimiz bu istiqamətdə yerli toxumçuluq sistemini daha da təkmilləşdirməkdir", - o qeyd edib.
Xatırladaq ki, Azərbaycanın kartofa olan illik tələbatı 1 milyon tondur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB