Bakı və şəhərətrafı yollarda 6 yeni yerüstü piyada keçidi tikiləcək - ÜNVANLAR

Bakı və şəhərətrafı yollarda 6 yeni yerüstü piyada keçidi tikiləcək - ÜNVANLAR

Qısa müddət ərzində Bakı və şəhərətrafı yollarda, eləcə də avtomagistrallarda 6 yeni yerüstü piyada keçidinin inşasına başlanılması nəzərdə tutulub. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Həmin ünvanlar aşağıdakılardır.

- Zığ yolunda;

- M-2 Bakı-Ələt avtomobil yolunun 49-cu kilometrliyində (Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yol evi yaşayış massivi);

- M-2 Bakı-Ələt yolunun 61-ci kilometrində;

- Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində;

- Nobel prospektində, “Ağ şəhər” layihəsi çərçivəsində;

- Ziya Bünyadov prospektində, Təhsil Nazirliyinin 9 saylı Bakı Peşə Liseyinin yanında.

Bütün xəbərlər Facebook səhifəmizdə