Elmar Məmmədyarov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanaya səfəri çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi ilə görüşüb. Görüşdə Azərbaycanın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində layihələrin reallaşdırılması və əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılıb .
Nazir Elmar Məmmədyarov Rafael Mariano Qrossini AEBA-nın baş direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, onu Azərbaycana səfərə dəvət edib. Rafael Mariano Qrossi Azərbaycan ilə AEBA arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu ifadə edib. Baş direktorun diqqətinə çatdırılıb ki, ölkəmiz AEBA ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bu təşkilatda təmsil olunmaqda maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB