"Namizədin vəkilinin ölməsi ilə bağlı araşdırma aparılır" -AÇIQLAMA
101 saylı Göygöl- Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik kokret fikir bildirmək çətindir. SİA-nın məlumatına görə, bunu jurnalistərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
O bildirib ki, bütün bu məsələlər araşdırılacaq: "Bu barədə məlumatlar da ilk növbədə məhz KİV-lərə çatdırılacaq".
Sədr müavini qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib: "Ancaq neqativ hallar olmadan minlyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil, ən vacibi odur ki, hər hansı xoşagəlməz hal olan zaman ona addekvat cavab reaksiyası göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB