Oqtay Əsədovun xəstəxanaya yerləşdirilməsi barədə xəbər həqiqətə uyğun deyil Milli Məclis

Oqtay Əsədovun xəstəxanaya yerləşdirilməsi barədə xəbər həqiqətə uyğun deyil Milli Məclis

Milli Məclis fevralın 9-da guya Milli Məclisin Sədri Oqtay Əsədovun infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.

“Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur”, - deyə məlumatda qeyd olunub.

"Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində problem yaranması və onun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır".

Bunu açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

"Oqtay Əsədovun səhhətində problem yaranması barədə məlumatlar əsassızdır. Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur”, - deyə A. Təvəkküloğlu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə