Elbrus Zərbəliyev: “33 rayon üzrə 55980 nəfər pedaqoji işçi və inzibati idarəetmə heyətinə treninqlər keçilib”
Qubanın Mədəniyyət evində "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfrans "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil olunub. Konfransda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının məktəb direktorları, təhsil şöbələrinin işçiləri, müəllimlər, habelə, Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyi ilə əmədaşlıq edən Mədəd, Azedunet və Ultra və s. də iştirak ediblər. Dövlət proqramı çərçivəsində müsbət təcrübə ilə bölüşmək üçün Bakı məktəblərinin İKT-nin tətbiqi üzrə aparıcı müəllimlər də konfransda iştirak ediblər.
Konfransın açılış mərasimində çıxış edən Quba rayon təhsil şöbəsinin müdiri Süleyman Aslanov təhsilin müasir həyatda vacibliyini qeyd edərək, müasir texnologiyalar vasitəsilə tədrisin daha yüksək səviyyədə qurulmasını vurğulayıb. Onun sözlərinə görə, Quba rayonunda təhsilin informasiyalaşdırılmasına xüsusi diqqət yetirilir. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov öz çıxışında Dövlət Proqramının komponentləri və proqram çərçivəsində görülmüş işlər haqqında ətraflı danışıb. O qeyd edib ki, fəaliyyət bir neçə istiqamətlərdə aparılır və təhsildə İKT-nin sistemli tətbiqinin təmin edilməsinə istiqamətlənir. "Təhsildə İKT-nin tətbiqi məhz ölkənin kadr potensialının inkişafı üçün nəzərdə tutulmuş bir alətdir. İnsan potensialının inkişafına istiqamətlənən səylər aydın-aşkar Azərbaycanın Prezidenti cənab İlham Əliyevin "qara qızılı insan qızılına çevirək" bəyanatında göstərilmişdir" – deyərək S.Məmmədov təhsil sisteminin informasiyalaşıdırılmasının xüsusi diqqət mərkəzində olduğunu bildirib. S.Məmmədov Azərbaycanın digər regionlarında da konfransların keçirələcəyini də qeyd edib. Onun fikrincə, regionlarda tədbirlərin keçirilməsi təhsil işçilərinə məlumatların daha dolğun çatması üçün şərait yaradır. Öz növbəsində konfranslarda iştirak etmiş təhsil işçiləri də İKT-nin tədrisdə tətbiqinə daha məsuliyyətlə yanaşırlar.
Konfransda geniş təqdimatla çıxış edən "Mədəd" təşkilatının direktoru Elbrus Zərbəliyev "Tədrisdə yeni imkanlar, dünya təcrübəsindən istifadə" mövzusunda təqdimatla çıxış etmişdir. E.Zərbəliyev çıxışında Dövlət proqramı çərçivəsində müəllimlərin İKT-nin tədrisdə tətbiqi üzrə biliklərinin arıtırılması təlimlərindən geniş danışıb. E.Zərbəliyev qeyd edib ki, Azərbaycanın müxtəlif regionlarında "Mədəd" təşkilatının Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və 33 rayon üzrə 100-ə yaxın təlim mərkəzləri yaradılıb və bu təlimlər 250 təlimçi vasitəsi ilə həyata keçirilir. İndiyədək 55980 nəfər pedaqoji işçi və inzibati idarəetmə heyətinə treninqlər keçilib.
Konfrans çərçivəsində "internet tədris vəsaiti kimi", "Təhsildə elektron resurslar", "Elektron məktəb" mövzularında seminarlar, "elektron təhsil resursların yaradılması", "İnternet tədris vasitəsi kimi", "Elektron məktəb layihəsi", "Tədrisdə baş verən dəyişikliklər və öyrənmə imkanları" mövzularında seminarlar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB