İtaliya mətbuatı fevralın 9-da Azərbaycanda VI çağırış Milli Məclisə keçirilən seçkilər haqqında geniş məqalələr dərc edib. SİA-nın verdiyi məlumata görə, məqalələrdə seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirildiyi, bütün namizədlərə bərabər imkanlar yaradıldığı, parlament seçkilərinə Azərbaycan vətəndaşlarının böyük maraq göstərdiyi barədə dərc olunan yazılarda həmçinin ölkədə aparılan islahatlar, kadrların əsasən gənclərdən təşkil olunması, idarəetmədə çeviklik barədə fikirlərə geniş yer verilib.
Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilir. 125 dairənin 10-u məcburi köçkün dairələridir. 340 min 689 məcburi köçkün 523 məntəqədə səs verə biləcək. 5573 məntəqənin minində veb-kameralar quraşdırılıb. Məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB