Azərbaycan Ordusunun gənc əsgərlərinin andiçmə mərasimi keçirilib
Fevralın 8-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
SİA Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.
Hərbi hissələrin komandanlığı ilə keçirilən görüşlərdə valideynləri maraqlandıran məsələlərin müzakirəsi aparılıb, həmçinin qonaqlar və şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB