Gənclərimiz Mübariz İbrahimovun məzarını ziyarət edib

Gənclərimiz Mübariz İbrahimovun məzarını ziyarət edib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Respublikamızdakı idman fedarasiyalarının nüməyəndələri Milli Qəhrəman Mübariz İbrahimovun doğum günündə - Şəhidin məzarını ziyarət ediblər. SİA-nın məlumatına görə, qurumlarla yanaşı paytaxtımızın bir neçə rayonlarından gələn şagirdlərin və tələbələrin də iştirakı ilə keçirilən tədbirdə Milli Qəhrəmanın məzarına gül dəstələri düzülüb və iştirakçılar tərəfindən Azərbaycan Dövlət Himni oxunub. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov öz nitqində bildirib ki, “Milli Qəhrəmanımızın şücaətindən 10 il keçməsinə baxmayaraq Azərbaycan gəncləri üçün Mübariz İbrahimov həmişə qəhrəmanlıq simvoludur. Cənab Prezidentimizin şəhid ailələrinə, Qarabağ qazilərinə olan qayğıkeş münasibəti və hərbi vətənpərvərlik haqqıdna dediyi fikirlər bu gün hər bir gənc tərəfindən rəğbətlə qarşılanır. Bütün gənclərimizin vacib məsələsi Ali Baş Komandanımızın əmrinə hazır vəziyyətdə olaraq Qarabağımızı işğaldan azad etməkdir.

Ona görə də belə ideyaların davamı olaraq Mübariz İbrahimovun həyat yolu hər bir gənc tərəfindən məqamına qədər öyrənilib. Vətənpərvər ruhda maarifləndirilən yeni nəslimizin sayəsində qəhrəmanlarımız ölməz olaraq xatirələrdə yaşayacaq”.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə