Astara və Lerik rayonunlarında intellektual oyunu keçirilib

Astara və Lerik rayonunlarında intellektual oyunu keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsi çərçivəsində Astara və Lerik rayonunlarında "Gələcəyin birİNCİləri" layihəsinin oyunu təşkil baş tutdu. SİA-nın məlumatına görə, Astara rayonununda 16-29 yaş qruplarında gənclərdən ibarət 9 komanda və hər komanda üzrə 6 nəfər təmsil olunub. Lerik rayonunda isə 7 komanda olmaqla hər komandanın tərkibi 6 nəfərdən ibarət olub. Hər iki rayonda yarışmanın açılışını giriş sözü ilə başlayan “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsinin rəhbəri Famil Məmmədov Azərbaycan Respublikasının Gənclər Fondu, layihə və layihənin məqsədləri haqqında komanda üzvlərini məlumatlandırmış və iştirakçıları yarışmada fəal olmağa çağırıb. Astara rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rufan Şirinov, Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdırmış və yarışmanın işinə uğurlar arzulayıb. Daha sonra söz yarışın aparıcısı Ramal Ağazadəyə verilib. O öz növbəsində qaydalarını iştirakçılara izah etmiş, komandaların adlarını dəqiqləşdirdikdən sonra yarışmanın başlanmasını elan edib. Yarışmanın nəticələrinə əsasən hər iki rayonda İlk 3 yeri qazanmış komandların hər bir üzvünə təşkilat komitəsi tərəfindən diplomla verilib.

Məlumat üçün qeyd edək ki, layihənin sonucu oyunu 12 fevral 2020-ci il tarixində isə Masallı rayonunlarında keçiriləcək. Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtını səmərəli keçirmək və onları intellektual oyunlara cəlb etməkdir. Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə