YAP Binəqədi rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Süleyman Sani Axundov 73C ünvanda (Qida Təhlükəsizliyi İnstitutu) yeni ərazi ilk partiya təşkilatı təsis edilib və gündəlikdə duran bir sıra məsələlərə baxılıb.
Təsis yığıncağını giriş sözü ilə açan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini, Yeni Azərbaycan Partiyasının üzvü Camal Quliyev institutun yaranması, fəaliyyəti, strukturu haqqında məlumat verib. İnstitutda çalışan işçilər arasında Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunan onlarla fəalın olduğunu bildirib. O, müvafiq ünvan üzrə həmin partiya üzvlərinin təmsil olunacağı yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi və partiyaya üzvlüklə bağlı çoxsaylı müraciətlərin olduğunu diqqətə çatdırıb.
Daha sonra yığıncağın gündəliyində duran birinci məsələ - ərazi ilk partiya təşkilatının təsis edilməsi məsələsi müzakirə edilərək, qərar qəbul edilib. Qərara əsasən, Binəqədi rayonu, Süleymanov Sani Axundov 73C ünvanında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı yaradılıb. Yığıncaqda təşkilati məsələlərə baxılıb, 7 nəfərdən ibarət idarə heyəti, sədr və sədr müavinləri seçilib. Partiya üzvlərinin yekdil qərarına əsasən Qida Təhlükəsizliyi İnstitutunun Hüquq və Tənzimləmə şöbəsinin hüquq sektorunun müdiri, Yeni Azərbaycan Partiyasının üzvü Aqil Sərdarov ərazi ilk partiya təşkilatının sədri seçilib. A.Sərdarov çıxış edərək, ona göstərilən etimada görə partiya üzvlərinə təşəkkürünü bildirib. Bu etimadı doğrultmaq üçün əzmlə çalışacağını diqqətə çatdırıb.
Yığıncaqda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının və partiyanın rayon təşkilatının fəaliyyətindən bəhs edib. Rayon təşkilatı tərəfindən həyata keçirilən çoxsaylı
tədbirlərdən danışıb. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə olunan uğurlara diqqət çəkərək iqtisadi, sosial islahatların əhəmiyyətli nəticələri barədə fikir bildirib. Təşkilat sədri bugünkü inkişafımızın gələcəkdə ölkəmizə daha böyük uğurlar qazandıracağına və atılan məqsədyönlü addımların mərkəzində vətəndaş amilinin hər zaman ön planda olduğunu söyləyib. R.Göyüşov yeni yaradılan ərazi ilk partiya təşkilatı barədə fikirlərini bölüşüb, onlara tövsiyyələrini verib. Partiya üzvlərini bu təşəbbüslərinə görə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb, partiyanın fəaliyyətində yaxından iştirak etməyə çağırıb.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB