Raqif Abbasov: “Sosial şəbəkə ilə ünsiyyət özünü gerçəkdə doğrultmayıb ” - MÜSAHİBƏ (SƏS TV)
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun SİA-ya müsahibəsi:
- Gənclərin ölkəmizin ictimai-siyasi həyatındakı rolunu necə qiymətləndirisiniz?
- Əhalinin əksəriyyətini təşkil edən, yaşı 35-ə qədər olanların 60, yaşı 29-a qədər olanların 32 faizini təşkil edən Azərbaycan gəncliyi ictimai-siyasi həyatdakı fəaliyyəti aktivdir. Bu gün dövlət, qeyri-dövlət strukturlarında elə bir sahə yoxdur ki, orada gənclər təmsil olunmasın. Azərbaycan gəncliyi öz işini dövlətin müvafiq qanunvericiliyən, proqramlarına əsasən qurub, ayrı-ayrı layihələr vasitəsilə müxtəlif fikirlərimiz dövlət və ya qeyri-dövlət strukturları vasitəsilə gerçəkləşdirilir.
Bu proses təkcə Azərbaycanın daxilində olan gənclərə aid deyil, eyni zamanda ölkədən kənarda dövlət və ya şəxsi hesabları vasitəsilə təhsillərini davam etdirən gənclərə şamil edilir. Bu günki gənclik sürəti, müasirliyi sevir və bu günki gənclik milli adət-ənənələrə söykənərək Azərbaycanın milli dəyərlərini qiymətləndirərək ölkə başçısı İlham Əliyevin ətrafında birləşərək, özünü gələcəkdə daha xoşbəxt və güclü bir dövlətin vətəndaşı olması üçün əlindən gələni edir. Bütün proseslər bunu göstərir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan gəncliyi bu günki gündə təşkilatlanır. Azərbaycanda qeydiyyatdan keçən 200 müxtəlif gənclər təşkilatları və onların birləşdiyi ayrı-ayrı birliklər fəaliyyət göstərir.
- Gələcəyimiz adlandırılan gənclər ölkəmizin inkişafına naminə hər hansı bir xeyrli iş görə bilirmi?
- Bilirsiniz ki, Azərbaycan gənclər siyasətinin təməli 1994-cü ildə qoyulub. Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasında gənclər siyasətinin həyata keçirilməsi üçün dövlət qurumu olan Gənclər və İdman Nazirliyinin yaranması ilə bağlı müvafiq sənəd imzalayıb. Gənclər siyasətini həyata keçirən dövlət qurumları heç də bütün dövlətlərdə mövcud deyil. Bu da öz növbəsində gənclərin hüquqi təsdiqində, ölkə gerçəkliyinin dünya ictimaiyyətinə çatdırılmasına təkan, əsas verir. Eyni zamanda, vətənpərvərlik hissinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, işğal altında olan torpaqlarımız, qaçqın və məcburi köçkünlər haqqında aparıcı dünya institutları, beynəlxalq strukturlarla əməkdaşlığı, ölkədaxili ekoloji problemlər, təhsil, idman və digər sahələrlə bağlı layihələr gənclərdə xüsusi maraq doğurur. Biz bunu da müşahidə edirik ki, ölkəmizdə informasiya texnologiyalarının inkişafı və bu günki gündə internet televiziyaların yaradılması, elektron kütləvi informasiya vastələrində zaman -zaman analitik təhlillər, maraq doğuran, konseptual biliklərə söykənən layihələr də gəncləri maraqlandıran sahələrdəndir. Bu günki gündə hərbi-vətənpərvərlik sahəsi, ekoloji məsələlər, informasiya texnologiyalarının inkişafı, təhsil, xarici dünya prinsiplərinin Azərbaycana gətirilməsi ölkə həqiqətlərin dünyaya çatdırılmasını əhatə edir.
- Ölkəmizdə gənclər siyasətinin inkişaf etdiyi dövrdə bəzi gənclərimizin mənfi qüvvələrin təsiri altına düşməməsi üçün baş idarə hansı işləri görür?
- Biz deyirik ki, Azərbaycanı, ölkə həqiqətlərini qəbul etmək istəməyən qüvvələrin istəkləri əsassızdır. Yaxın zaman kəsiyində bu unudulacaq. Mənfi qüvvələrin səsləndirdiyi fikirlər bir faiz də olsun gənclər tərəfindən qəbul edilmir. Azərbaycan torpaqlarının işğal olunduğu, səngərlərdə əsgərlərimizin torpaqlarımızın keşiyində durduğu bir müddətdə başqa bir fikirlər gəncləri düşündürməməlidir. Gəncləri yalnız təhsil, elm maraqlandırmamalıdır. İnqilab şüurlarda olmalıdır. Hər bir gənclik bunu bilməlidir ki, Azərbaycan höküməti tərəfindən istər qanunvericiliklə, istər maddi-texniki bazasının yaxşılaşdırması, istər gələcəkdə müxtəlif layihələrin həyata keçirilməsində gənclər əsas yerlərdə durur. Çünki birmənalı olaraq gənclər Azərbaycanın idarəçiliyində rolu olacaq şəxslər olacaq. Mənfi qüvvələr bunu hissə edəcək. Ona görə ki, Azərbaycanın böyük bir gənclik ordusu var. Bu gün Azərbaycan gəncliyinin xaricdə oxuması, dövlət tərəfindən dəstəklənir.
Bu gün paytaxtımız, şəhərlərimiz abadlaşır, yeni iş yerləri açılır, gənclərə yeni stimul yaradılır. Bundan əlavə, xaricdən Azərbaycana işləməyə gəlmək istəyən gənclər mövcuddur. Bütün bunlar göstərir ki mənfi qüvvələr Azərbaycanın həqiqətlərini dünyaya çatdırılmasında gücləndiyi bir vaxtda, inkişafı qəbul etməyən qüvvələr müxtəlif mənfi dağıdıcı işlər görmək marağındadırlar.
- Sosial şəbəkələr gənclərə nə verir?
- Sosial şəbəkə bu günki günün, zamanın tələbidir. Birmənalı şəkildə sosial şəbəkəni pisləmək yanlış olardı. Sosial şəbəkədə şərəf -ləyaqətə toxunularsa, hər hansı bir vətəndaşın hüququ pozularsa, bir sıra dövlətlərdə buna qarşı mübarizə mexanizmi mövcuddur. Sosial şəbəkədə insan bir cür, həyatda isə başqa cür olur. Sosial şəbəkə ilə ailə qurub, virtual ünsiyyət qurmaq və ya dostluq etmək gerçəklikdə özünü doğrultmayıb. Təsəvvür edin ki, sosial şəbəkədə özünü bir cür adlandırıb çalarlar verənin həqiqətdə şəbəkədə tanış olduğu bir kəslə üzbəüz gələndə tamamilə fərqli bir insan olduğu meydana çıxır. Belə olan halda depressiv bir şərait yaranır. Bu birmənalı olaraq insanı həqiqətdən uzaqlaşdırır.
Sosial şəbəkə bu gün bir sıra dövlətlərdə onu da göstərdi ki, şəbəkə vasitəsilə müxtəlif problemləri üzə çıxarmaq mümkündür. Bundan əlavə həmin şəbəkələrdə şərəf və ləyaqətə toxunma nəticəsində cinayət hallarına gətirib çıxaran vəziyyətə də rast gəlmək mümkündür. Bu mənfi bir haldır. Ona görə də gənclərimiz hər işin yaxşısından istifadə etməlidir.
Əgər sosial şəbəkədə hər hansı bir kitabın, filmin, ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində müzakirələr gedirsə, bu müsbətdir. Lakin kiminsə şərəf və ləyaqətinə toxunub, ailə dağıtmaq sinir sistemi pozub depressiv bir vəziyyət yaratmaq gəncliyə yaraşan bir hal deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB