Azərbaycan NATO-nun sülhyaratma əməliyyatlarında yaxından iştirak edir AÇIQLAMA

Azərbaycan NATO-nun sülhyaratma əməliyyatlarında yaxından iştirak edir AÇIQLAMA

Azərbaycan NATO ilə və tədbirlərində həmişə yaxından iştirak edir. Bundan sonra bütün təlim və proseslərdə yaxından iştirak edəcək. Bunu SİA-ya hərbi ekspert Emin Həsənli Azərbaycan və NATO arasındakı münasibətlərə rəy bildirərkən deyib.

O bildirib ki, Azərbaycan NATO-nun beynəlxalq sülhyaratma işlərində yaxından iştirak edir: "Əfqanıstanda, Kosovada və digər sülhyaratma işlərində Azərbaycanın həmişə yüksək səviyyədə iştirakı buna nümunədir. Ölkəmiz NATO-ya beynəlxalq əməliyytların keçirilməsi üçün məkan da verib. Eyni zamanda NATO-nun bütün təlim və tədbirlərində də iştirak edir. Bu əməkdaşlıq uzun illərdir ki davam edir və bundan sonra da davam etdiriləcək. Lakin dünya siyasəti, beynəlxalq vəziyyət və regional proseslər fonunda Azərbaycanın bura qoşulmamaq cəhdində olması daha məqsədə uyğundur".

O bunu da qeyd edib ki, vaxtilə Gürcüstan və Ukraynanın da NATO-ya üzv olacağını bəyan edilirdi, lakin onlardan heç biri NATO-ya üzv olmadı: "Gürcüstanın həm dəniz, həm də quru, Ukraynanın da həmçinin həm dəniz, həm qurudan NATO ilə sərhədi var. Azərbaycanın isə Türkiyə ilə sərhədi mövcuddur, Türkiyənin isə özünün NATO ilə son vaxtlar problemləri var. Bu cəhətdən NATO-nun şərqə doğru genişlənməsi prosesi bir mərhələdən sonra dayandı. Xüsusilə də Avropa ölkələri, Almaniya və Fransa buna qarşı çıxdılar. Bu məsələ artıq arxa planda qaldı. Azərbaycan isə müstəqil siyasət yerdən bir ölkədir və NATO ilə müstəqil əməkdaşlıq aparır. İstənilən halda beynəlxalq təşkilatlar və dövlətlərlə ikitərəfli əlaqələrin qurulması bizə bir sıra üstünlüklər verir, hansı ki, biz onlardan mütləq yararlanmalıyıq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə