Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilib

Azərbaycan Nazirlər Kabineti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edib.

Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, dəyişikliyə əsasən, məcburi köçkünlərin 2008-2010-cu illərdə müvəqqəti məskunlaşdıqları yaşayış məntəqələrinin və 2011-ci ildə istismara qəbul ediləcək yaşayış məntəqələrinin yerləşdiyi şəhər və rayonlar üzrə mənzil-kommunal istismar sahələri yaradılıb. Bu mənzil-kommunal istismar sahələri Komitənin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində fəaliyyət göstərəcək.

Qərara əsasən Komitənin nəzdində 8 mənzil-kommunal istismar sahəsi (MKİS) yaradılıb ki, bunlar Bakı şəhəri, Binəqədi rayonu MKİS, Yevlax şəhəri MKİS, Abşeron rayonu MKİS, Ağcabədi rayonu MKİS, Qəbələ rayonu MKİS, İsmayıllı rayonu MKİS, Göygöl rayonu MKİS və Şabran rayonu MKİS-lərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə