Prezident işsizliyin minimuma endirilməsi ilə bağlı proqramlar həyata keçirir Sahil Babayev
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident özününməşğulluq proqramına xüsusi önəm verir. Daima işsizliyin aşağı olunmasına dair proqramlar həyata keçirilir. SİA xəbər verir ki, nazir həmçinin vurğulayıb ki, "Özününməşğulluq proqramı çərçivəsində təkcə 2019-cu il üzrə 103 min insana iş yerləri ayrılıb və vətəndaşlar özününməşğulluq proqramlarına cəlb edilib.
Eyni zamanda, vətəndaslar haqqı ödənilməklə yeni işlərə cəlb olunub. Bundan əlavə, 38 min iş yeri yaradılıb və 47 min insanın özününməşğulluğu təmin edilib. Belə ki, özününməşğulluq proqramına əlilliyi olan və fiziki məhdudiyyətli şəxsələr müvafiq təlimlər keçərək işlə təmin olunub. Bu göstərici əvvəlki aylarda 8 min idisə, artıq fevral ayında 10 minə yaxın insan özünüməşğulluq proqramından yararlanıb". -deyə Sahil Babayev qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB