Fevralın 6-da saat 14 radələrində Lerik rayonunun Vizəzəmin meşəbəyliyində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən saat 15 radələrində söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, hadisə zamanı 0,5 hektara yaxın ərazidə kol-kos və quru ot örtüyü yanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB