Fəxrəddin Qədirov: “Torpaqda baş verən qırılmaların Abşerona tərəf hərəkət etməsi qorxu yaradır” - RƏY
"Mart ayının əvvəllərindən Salyandan Hacıqabula kimi torpaqda qırılmaları müşahidə etdik. Onların dəniz tərəfə olan şərq hissəsi 5-10 sm aşağı düşüb, bəzi yerlərdə kiçik palçıq vulkanları qeydə alınıb". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Qədirov məlumat verib. Onun sözlərinə görə, ən əhəmiyyətlisi odur ki, onlar Hacıqabulda 3.5, 3.6, 3.2 maqnitudalı zəlzələlərin olmasına gətirib çıxarıb. O bildirib ki, bu, hələ son deyil, proses davam edir. F.Qədirov vurğulayıb ki, ərazidə ölçü işlərinin sayını artırsalar, prosesin hansı istiqamətdə inkişaf etdiyini deyə biləcəklər: "Bütün nəzəri tədqiqatlar göstərir ki, bu qırılmalar Abşerona tərəf hərəkət edə bilər. Əsas qorxu da bundan ibarətdir".
O, həmçinin qırılmaların yaranması səbəblərinə də münasibət bildirib. Ərəbistan pilitəsinin təsiri ilə yer qabığının 15 km qalınlığında horizontal hərəkətin getdiyini deyən F.Qədriov qeyd edib ki, Salyandan başlayaraq bu horizontal hərəkətlərin istiqamətləri dəyişir.
"Salyan, Xıdırlı, Bakı nöqtələrində şərqə olan hərəkətlər, digər tərəflərdə isə şimala və qərbə tərəf olan hərəkətlər dominantdır. Elə bil ki, Salyandan Şamaxıya kimi qərb hissə saat əqrəbinin əksi istiqamətində, digər tərəf isə saat əqrəbi istiqamətində dönməyə çalışır. Burada çox böyük sürətlər fərqi var və bu da Xıdırlı, Şıxlar, Bakı və Gürgan arasındadır. Xıdırlıdan Gürgana qədər surətlər şərq komponenti üzrə 6 mm-dən 0-a qədər dəyişir. Bu sıfra qədər dayanma çox təhlükədlir. Elə bil ki, bir şeyi bir tərəfdən dartıb, digər tərəfdən saxlayırsan. Bu zaman qırılma baş verir. Qırılanda isə zəlzələ hadisəsini müşahidə edirik. Qırılmalar da iki cür olur. Bir var böyük plitələrdə qırılmalar, birdə var plitəiçi xırda qırılmalar. Salyandakı plitəiçi qırılmalıdır. Ola bilsin ki, qədimdən qırılma olub, indi bunun aktivləşmə dövrüdür. Ona görə də bir az qorxuruq. Çünki Abşeronda da qədimdən qalma zəlzələ ocaqları və qırılmalar var. Onlar da aktivləşə bilər. Məsələn, 1842-ci ildə Zabratda baş verən zəlzələ zamanı həmin ərazidən bir qırılma keçib. O da aktivləşə bilər", - deyə o əlavə edib.
Alim bununla əlaqədar müxtəlif dövlət qurumlarına müraciətlər edildiyini söyləyib. O bildirib ki, həmin ərazidə hətta yaşayış evlərinin içərisində də çatlar yaranıb: "Ona görə də bu prosesi dəqiq bilmək lazımdır. Bu və ya digər səbəblər üzündən proses hər zaman diqqətdə saxlanılır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB