"Proqramlar dəqiq tərtib edilir və günün tələblərini nəzərə alır" ÖZƏL-MÜNASİBƏT
Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Aydın Mirzəzadə bunları deyib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət başçısı seçiləndən sonra atdığı ilk addımlardan biri regionların sosial-iqtisadi inkişafı ilə bağlı beş illik Dövlət Proqramını təsdiq etməsi oldu. Zaman göstərdi ki, həmin proqramlar Azərbaycanın qarşısında duran problemlərinin həllində çox təsirli bir vasitədir. Bu paytaxtdan kənardakı zonaların inkişafı üçün ciddi layihələrin ortaya qoyulması idi. Bu regionlarda iş yerlərinin yaradılmasına, sosial durumun yaxşılaşmasına, eyni zamanda regionların potensialından maksimum istifadə etməyə imkan verdi. Cənab Prezidentin bir neçə gün bundan əvvəl növbəti proqramın qəbul edilməsinin bir illiyi ilə bağlı keçirdiyi müşavirə göstərdi ki, proqramlar dəqiq tərtib edilir, proqramlar bu günün tələblərini hərtərəfli nəzərə alır. Bir sözlə, proqramların yerinə yetirilməsinə ciddi nəzarət vardır. Bu sahibkarlığın inkişafına, dövlət resurslarının düzgün paylanmasına, əhalinin yüksək səviyyəli təhsil, günün tələblərinə cavab verən səhiyyə xidməti ilə təmin edilməsin imkan verir. Eləcə də bu hər bir insanın öz potensialını ortaya qoymasına və dövlətçiliyinə xidmət etməsinə imkan verir.
Cənab Prezidentin bu məsələləri gərgin iş qrafikinə baxmayaraq daima diqqətdə saxlaması, özünün müntəzəm olaraq regionlara səfər etməsi, görülən işlərə nəzarət etməsi göstərir ki, regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı proqramlar ideyası çox düzgün ideyadır. Bu Azərbaycanın hərtərəfli inkişaf etməsinə, müstəqilliyimizin möhkəmlənməsinə, əhalimizin sosial vəziyyətinin günü-gündən artmasına səbəb olur. Cənab Prezidentin bu istiqamətdə yürütdüyü siyasət və cəmiyyətin bu problemlərin həllinə düzgün yönəltməsi cəmiyyət tərəfindən dəstəklənir. Bundan sonra da bu cür proqramların hər bir regionun yüksək səviyyədə inkişaf etməsinə və şərait yaradacağına inamım böyükdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB