İstanbul hava limanında baş vermiş qəzada yaralananlardan biri azərbaycanlıdır
İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəzada yaralananlardan biri azərbaycanlıdır.
SİA ölkəmizin İstanbuldakı Baş konsulluğuna istinadən bildirir ki, hazırda bu şəxsin kimliyi araşdırılır.
Qeyd edək ki, qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub.
Xatırladaq ki, İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB