Cəmil Həsənlinin siyasi hoqqabazlığı

Natiq Cəfərli: "Cəmil Həsənli əsil kulondur"

9 fevral parlament seçkilərinə saylı günlər qaldığı ərəfədə yenə də qondarma qurum olan "Milli Şura"nın sədri Cəmil Həsənli seçiləcək namizədlərlə bağlı münəccimlik edib. Araqarışdırmaqda fəal olan bu qoca "prolfessor" parlamentə seçiləcək namizədlərin adlarını «açıqlamaqla» növbəti oyunbazlıq edir. Hələ seçki başlamayıb, kim seçiləcək, kim seçilməyəcək bəlli deyil. Görünür bu qoca "professor" fala baxmaqda da "professor" olmaq istəyir. Ancaq bununla "qaş düzəltdiyi yerdə vurub göz də çıxarır". Bu siyasi hoqqabazlığı dağıdıcı müxalifət düşərgənin digər qanadında təmsil olunan şəxslər tərəfindən də sərt şəkildə qınanılıb.

Cəmil Həsənlinin məqşsədi...

"REAL" partiyasından namizədliyini irəli sürmüş icra katibi Natiq Cəfərli C.Həsənlinin ağ yuyub, qara sərib: "Məni şəxsən üzən məsələ ondan ibarətdir ki, bu siyahını yayan adam - "Milli Şura"nın sədri özü iki dəfə deputat olub. İndi onun siyahı yaymasından onun özünə sual ünvanlayıram ki, əgər indiyə qədər seçkilər sizin dediyiniz kimi keçirilibsə, etiraf etmisinizmi siz də iki dəfə deputat mandatını saxta yolla almısınız?"

"REAL"çı funksioner C.Həsənlinin heç vaxt özünə "qiymət" vermədiyini, həmişə də kulonluq etdiyini bildirib: "C.Həsənlinin mənəviyyatı olsaydı AXCP sədri Əli Kərimli onu "Milli Şura" nın sədri kimi yox, əl kuklası kimi istifadə etməzdi. Onun bu hərəkəti ancaq və ancaq təxribat addımıdır. "Milli Şura" özü seçkilərdə iştirak etmir və yanlış olaraq da insanların seçkilərə marağının azalmasını, seçkiyə qatılmamalarını istəyir. Məqsəd budur. Bu, çox yanlış və zərərli fəaliyyətdir. Çünki seçicilərin seçkidə aktivliyinin yüksək olmasının özü demokratiya nümunəsidir. "Boykotçular" insanları seçkidən soyutmağa çalışırlar".

Nəticə isə bəllidir - artıq düşərgədə doğru ilə yanlışlıqlar göz önündədir və hətta onun digər qanadını təmsil edənlər də, reallığı görür, dərk edirlər. Bu isə, bir qəpiklik qiiyməti olmayan C.Həsənli kimilərin niyyətləri gözlərində qalacaq.

Beləliklə. belə bir qənaətə gələ bilərik ki, nəinki AXCP-"Milli Şura" cütlüyü, eləcə də bütövlükdə dağıdıcı müxalifət düşərgə növbəti siyasi fiaskonun astanasındadır. Müxalifətin daxili ziddiyyətləri müxtəlif sosial şəbəkə qruplarında hələ özünü daha açıq büruzə verəcək.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə