Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə tanışlıq səfəri təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, 13 dövlətin hərbi attaşelik aparatının 16 nümayəndəsinə əvvəlcə hərbi liseyin tarixi və fəaliyyəti barədə ümumi brifinq təqdim edilib. Sonra qonaqlar liseydəki tədris prosesi ilə tanış olublar.
Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB