"Gültəkin Hacıbəyli nüfuzu olmayan insandır"
Müsavat və "REAL" partiyalarının parlament seçkilərində iştirak etməklə bağlı qərarı dağıdıcı müxalifət düşərgəsində xoş qarşılanmayıb. Ənənəvi "boykot" yolunu tutan "Milli Şura" və AXCP 9 fevral seçkilərinə qatılan Müsavat və "ReAL"-ı hədəfə almaqdadır. Ən maraqlsı isə ələyçinin qıl verəni rolunda çıxış edən "Milli Şura" üzvü Gültəkin Hacıbəyli öncəgörmə "bacarığını" işə salaraq bəyan edib ki, seçkidə Müsavat 3, "ReAl" 2 mandat alacaq. Daha sonra Hacıbəyli hər iki partiyanı seçkidə iştirak etdiyi üçün nüfuzsuz və zəif olmaqda suçlayıb: "Müsavat qurultaydan və mühacir biznesinin ifşa olunmasından sonra faktiki nüfuzsuz təşkilata çevrilib. "ReAL" isə İlqar Məmmədovdan ibarət partiyadır. Bu durumda onların seçkidə uğur qazana biləcəyi mümkün görünmür".
Bu fikirləri ilə əsil sifətini bir daha nümayiş etdirən G.Hacıbəyli görəsən deputat olduğu müddətdə milyonları əldə etməsini nə tez unudub. G.Hacıbəyli, seçdiyi bu yolun sonu varmı?
Nə qədər yalan məlumatları müəyyən Qərb diplomatik nümayəndəliklərinə ötürəcəksən? Bax, buna nə ad vermək olar? G.Hacıbəyli nə qədər böhtan və yalanlar söyləyəcəksən? Elə bu yerdə 2009-cu ildə keçirilən referendum zamanı İTV-də keçirilən debatda Hüquq və Demokratiya Təşviqat Qrupunun vəkili olan G.Hacıbəyli ilə İ.Qəmbər arasında baş verən insidenti yada salmaq yerinə düşər. G.Hacıbəyli "terrorçuları və casusları cəmiyyətə siyasi məhbus kimi sırıyanlar" deyəndə də AXCP sədri Ə.Kərimlini və Müsavat başqanı İ.Qəmbəri nəzərdə tuturdu. Bu 10 ildə nə dəyişdi ki? Nə tez müxalifətçi oldun?. Bax, istər Müsavatı, istəsə də "ReAL"-n sən G.Hacıbəylini nüfuzsuz və mənəviyyatsız adlandırması lap yerində deyilib.
Bəli, bu, həmin Gültəkindir, dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olmayan Gültəkin, ələyçinin qıl verəni. Düzü yazığımda gəlmir sənə. Çünki sənin kimi ləziz görməməişəm. Yazıqlar və lənətlər olsun sizlərə!!!
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB