"Seçkilərin şəffaf keçirilməsi istiqamətində görülən işlər göz qabağındadır" Namık Kamal Yıldırım
"Azərbaycanda keçiriləcək parlament seçkiləri son vaxtlar ölkədə aparılan islahatların tərkib hissəsidir. Bu, Azərbaycanın daha da inkişafı baxımından önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında “Can Azərbaycan” media şirkətinin təsisçisi və rəhbəri Namık Kamal Yıldırım bildirib.
“Can Azərbaycan” media şirkəti tərəfindən Türkiyədə nəşr olunmuş, 20 Yanvar hadisələrindən bəhs edən “Ağla karanfil ağla” kitabının təqdimatı ilə əlaqədar ötən həftə Bakıda olduğunu bildirən N.K.Yıldırım deyib: “Şəhərdə çox gözəl ab-hava, canlanma gördüm. Söhbət etdiyim, görüşdüyüm hər kəs fevralın 9-da keçiriləcək parlament seçkilərinə hazırlaşırdı. Azərbaycan dövləti tərəfindən seçkilərin demokratik və şəffaf keçirilməsi istiqamətində görülən işlər göz qarşısındadır. Bu, təqdirəlayiq haldır”.
Türkiyədən parlament heyətinin seçkiləri müşahidə etmək üçün Azərbaycana gedəcəyini xatırladan müsahibimiz bildirib: “Namizədlərin əksəriyyəti gənclərdən ibarətdir. Bu da gənc nəslin ölkənin parlaq gələcəyinə olan inamının, eyni zamanda, gənclərə göstərilən etimadın bariz göstəricisidir. Fikrimcə, son 10 il ərzində Azərbaycanın keçdiyi inkişaf yolunu dünyanın heç bir ölkəsində görmək mümkün deyil. Azərbaycanın gündən-günə daha da çox inkişaf etməsini görmək qardaş ölkə olaraq Türkiyə üçün də qürurvericidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB