Son vaxtlar Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən və xəsarət alanların sayı xeyli artıb. Xüsusilə də 2020-ci ilin yanvar ayında bir neçə intihar faktı qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi bununla bağlı statistik məlumatlar yayıb.
Məlumatda bildirilib ki, 2010-2019-cu illər ərzində Ermənistanda və işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrdə ümumilikdə 633 ölüm hadisəsi baş verib. Belə ki, 249 hərbi qulluqçu atəşkəs rejimini pozarkən öldürülüb, 89-u intihar edib. Digərləri isə müxtəlif səbəblərdən ölüb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB