Bu gün Kəşmir Həmrəylik günü münasibətilə Pakistanın Azərbaycandakı səfirliyində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Pakistanın ölkəmizdəki fövqəlaqə və səlahiyyətli nümayəndəsi Said Xan Mohmand Kəşmirdə baş verən faciəli hadisələrdən danışıb.
Said Xan Mohmand Pakistan İslam Respublikasının Prezidenti Dr.Arif Alvinin və Pakistan İslam Respublikasının Baş Nazirinin Kəşmir Həmrəylik günü ilə əladar müraciətlərini oxuyub. Müraciətdə bildirilib ki, 5 avqust tarixində Hindistan özünü vətəndaşlıq və ədalət yalanlarından azad edərək Kəşmir xalqını şəxsiyyətlərindən məhrum etməyə çalışıb.
"5 avqust 2019-cu il tarixli qanunsuz və birtərəfli hərəkəti ilə Hindistan birbaşa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə zidd çıxıb və Kəşmir xalqına qarşı daha da qəddarlaşmağa çalışıb və həmin Qətnamələr vasitəsilə beynəlxalq ictimaiyyət tərəfindən vəd edildiyi kimi öz müqəddəratını təyin etmək qanuni hüquqlarından məhrum edilməsi üçün əlavə tədbirlər görüb. Lakin dünya Hindistanın xain davranışını rədd edib və indi onun xəyal demokratiyası beynəlxalq ictimaiyyətin gözü qarşısındadır. Bu gün 6 aydır qeyri-insani mühasirəyə və rabitə blokadasına məruz qalan Kəşmirli qardaş və bacılarımıza sarsılmaz dəstəyimizi bir daha təsdiqləmək üçün Kəşmirin Həmrəylik Gününü qeyd edirik.
Səfir qeyd edib ki, Hindistanın işğalçı qoşunları 8 milyon kəşmirlini öz torpaqlarında əsirə çevirib: "Pakistan hərbi mühasirənin və rabitə blokadasının ləğv edilməsini, habelə Hindistanın qanunsuz hərəkətlərinin durdurulmasını tələb edir. Qeyri-qanuni tutulan və həbs edilənlər sərbəst buraxılmalıdırlar. Hindistanın işğalı altında olan Jammu və Kəşmir xalqı ilə sarsılmaz həmrəyliyimizi bildiririk və Pakistanın daim onlarla birlikdə olacağına əmin edirik. Pakistan Kəşmir xalqına Birləşmiş Millətlər Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq öz müqəddəratını təyin etmək üçün qanuni hüquqlarını həyata keçirənə qədər tam mənəvi, siyasi və diplomatik dəstəyini davam etdirəcəkdir".
Said Xan Mohmand qeyd edib ki, bu gün Azərbaycanın da əraziləri işğal altındadır, bir milyona yaxın qaçqını var: "Dağlıq Qarabağ və Kəşmir məsələsi oxşar məsələlərdir. Qarabağ qanunsuz olaraq işğal olunub. BMT Təhlükəsizlik Şurası Kəşmirlə bağlı 11, Dağlıq Qarabağla bağlı 4 qətnamə qəbul edib. Lakin təəssüf ki, qətnamələrin heç biri hazırda yerinə yetirilməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB