Bu gün YAP Laçın rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib. Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov ölkəmizdə 9 fevralda keçiriləcək parlamet seçkilərindən danışaraq, bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdıqlarını diqqətə çatdırıb. O, qeyd edib ki, seçkilərə hazırlıqla əlaqədar YAP İcra Katibliyi tərəfindən müəyyən tövsiyə və tapşırıqlar verilib. Partiyanın Laçın rayon təşkilatı da bu tövsiyə və tapşırıqlara, qəbul olunmuş müvafiq qərarlara uyğun addımlar atır.
Rayon təşkilatının sədri, həmçinin bildirib ki, seçkilər yaxınlaşdıqca müstəqil Azərbaycanın inkişafını istəməyən qüvvələr dövlətimizə qarşı qarayaxma kampaniyası apararaq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Onlar xaricdəki anti-Azərbaycan mərkəzlərin sifarişlərini yerinə yetirərək, alətə çevrilirlər. İ.İlyasov bildirib ki, Azərbaycan cəmiyyəti yetkin, intellektual cəmiyyətdir və bu kimi dairələr cəmiyyətimizdə dəstək qazana bilməyəcəklər. Xalqımız həmin dairələrin əməllərini qətiyyətlə pisləyir.
Seminar-müşavirədə həmçinin, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB