Mişustin Polad Bülbüloğlunu yubiley münasibətilə təbrik edib

Mişustin Polad Bülbüloğlunu yubiley münasibətilə təbrik edib

Rusiyanın Baş Naziri Mixail Mişustin Azərbaycanın RF-də səfiri, Xalq artisti Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib. SİA xəbər verir ki, yubilyara ünvanlanmış teleqramda deyilir: “Sizin milyonlarla dinləyici üçün yaxın və sevimli olan mahnılarınız bir çox istedadlı ifaçıların repertuarına daxil olub. Onlar əvvəlki kimi öz səmimiliyi, gözəlliyi və nadir həyat eşqi ilə ürəkləri fəth edirlər. Siz özünüzü dövlət və ictimai xadim kimi də bu cür parlaq göstərmisiniz. Dəfələrlə öz mövqeyini qətiyyətlə müdafiə etmək və ölçülüb-biçilmiş qərarlar qəbul etmək bacarığı nümayiş etdirmisiniz”.

M.Mişustin vurğulayıb ki, Polad Bülbüloğlu Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir.

Bütün xəbərlər Facebook səhifəmizdə