Leyla Yunusun tüklənməyən xəyanəti ŞƏRH

Leyla Yunusun tüklənməyən xəyanəti ŞƏRH

Bu dəfə kitab üzərində

"Sülh və Demokratiya İnstitu"nun rəhbəri Leyla Yunus, o cümlədən, onun əri Arif Yunus ətrafında ölkənin dağıdıcı təmayüllü müxalifəti tərəfindən müxtəlif səpkili oyunlar oynanılmaqdadır. Özü də AŞPA-nın ölkəmizdə keçiriləcək parlament seçkisiərəfəsi məlum oyunbaz "qətnaməsi"ndən cuşə gələn və başdan-ayağa ölkə maraqlarını, xalqın maraqlarını erməni kəşfiyyatına satan Leyla və Arif Yunuslar hansı eybəcər və çirkin oyunlar qalmayıb oynamasınlar. Xüsusilə də, "siyasi məhbus" donu altından satqınçılıq "ideologiyası"nın davam etdirilməsi, bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, əslində, bu, o L.Yunusdur ki, istər həbsdə olarkən, istərsə də azadlıqda olarkən elə simasızdır ki, simasız.

Satqın elə satqındır

Bu gün belələri nə qədər ciddi-cəhdlər göstərsələr də, Leyla-Arif Yunuslar tarixdə satqın kimi qalacaqlar. Çünki ermənipərəst bu "hüquq müdafiəçiləri" hara, necə, nə cür və hansı üsulla manipulyasiyalar etmələrinə rəğmən, qaçınılmaz sübutdur ki, ilk gündən Azərbaycan xalqına düşmən münasibəti göstərib, beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıblar.

Digər tərəfdən, həm L.Yunusun, həm də onun həyat yoldaşı A.Yunusun ermənilərlə qohumluğu, o cümlədən, Ermənistan xüsusi xidmət orqanları və xaricdə fəaliyyət göstərən erməni lobbisi ilə əlaqələrinə dair çoxsaylı faktlar açıqlanıb. Bu barədə, demək olar ki, ölkə mətbuatının əksər orqanları yazıb, araşdırmalar aparılıb və s. Eyni zamanda, düşmən Ermənistan mətbuatı da bu gün Azərbaycanda onu müdafiə edən radikal təmayüllü siyasi dairələr kimi daim L.Yunusu müdafiə edir, yerli və xarici KİV-lərdə, müxtəlif xarici və beynəlxalq təşkilatlarda onun həbsi ilə bağlı məsələni qabardır.

Hətta olayları izləyərkən, nəticəyə gələrək, belə bir rəy formalaşdırmaq olar ki, bu gün L.Yunusu müdafiə edən erməni mətbuatı ölkəmizdə dərc edilən radikal müxalifət mətbuatı ilə informasiya mübadilələri aparır. Yəni yayılan xəbərlərin mahiyyəti eynilik təşkil edir. Baxmayaraq ki, bir tərəf erməni dilində yazır, o biri tərəf də Azərbaycan dilində! O da təsadüfi deyil ki, L.Yunus çox primitiv, hətta plagiat şəkildə sovet hakimiyyəti dövründə tanınmış dissidentlərin (deyək ki, Soljenitsının-R.H.) dəst-xəttini təkrarlamağa, özünü onlarla bir cərgəyə qoymağa çalışır. Amma bu da nəticəsiz qalır. Çünki Azərbaycan ictimaiyyəti, sağlam düşüncəli insanlar Leyla və Arif Yunusların qaranlıq əməlləri barədə kifayət qədər məlumatlıdır və heç bir halda, onların ermənipərəst fəaliyyətinə bəraət qazandıra bilməz. Haqq qazandıranların isə azərbaycançılıq faktoruna nə qədər ziyan vuranlar olduğunu demək və düşünmək kifayətdir. Çünki Azərbaycan ictimaiyyəti L. və A.Yunusları şiddətlə qınayır və onların həbsini antimilli və cinayətkar, satqınçılıq fəaliyyətin məntiqi nəticəsi hesab edir.

Təpədən-dırnağadək daşnak ruhuna xas Vətən xaini

Göründüyü kimi, həyasızlığı ilə özünü gündəmdə saxlayan, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı subuta yetirilərək həbs olunan, Azərbaycan dövlətinin humanistlik göstərərək, azadlığa buraxdığı "siyasi məhbus" alverçisi Leyla və A.Yunusların bu gün Azərbaycana qarşı hər cür böhtanlarına dəstək olması onlar üçün "göydəndüşmədir". Bir məqamı da untmampaq lazımdır ki, şərəfini, ləyaqətini maddiyyətə satan, ermənilərlə iş birliyini gizlətməyən bu, o L.Yunusdur ki, Yunus-Barseqyanın milli mənsubiyyətini bildirən pasportunda "azərbaycanlı" yazılsa da, bu erməni gəlini təpədən-dırnağadək daşnak ruhuna xas Vətən xaini olduğunu sübut edən dəlillərdən yayınmağa çalışsa da, fakt faktlığında qalır.

Bu yerdə sual yaranır: L.Yunus kimilərin Azərbaycan dövlətinə və xalqına bu qədər kini, küdürəti və nifrəti nədən irəli gəlir?

Ümumiyyətlə, bu, bir reallıqdır ki, xarici qüvvələrin iç üzü, məhz bu cür şəxslərin hərəkətlərində və danışıqlarında üzə çıxır. İstər Leyla və Arif Yunuslar, istərsə də Xədicə İsmayıl, Rauf Mirqədirov kimilərdə Vətən sevgisi olsaydı, onlar satqın və xəyanət yolu tutmazdırlar. Ancaq L.Yunusun həyat və "yaradıcılığı"na bələd olan hər bir kəs onun Azərbaycan xalqına və dövlətinə necə nifrət bəslədiyini, düşmən kəsildiyini gözəl bilir. Leyla Yunus QHT-çilik taleyinin bütün mərhələlərində anti-Azərbaycan kompleksini gizlətməyib. Daim xarici anti-Azərbaycan qüvvələrin malyyələşdirdiyi layihələrin icrası ilə məşğul olub. Yalançı "siyasi məhbus" siyahıları hazırlayaraq, dövlətin beynəlxalq nüfuzuna kölgə salmaqla məşğul olub. Digər tərəfdən, "hüquq müdafiəçisi" kimi onun Ermənistanın işğalçı siyasəti nəticəsində, ev-eşiyindən didərgin düşən milyondan çox qaçqının hüquqları uğrunda bircə dəfə də olsun hansısa təşəbbüslə çıxış etdiyini xatırlamaq mümkün deyil. "Siyasi məhbus" alverçisinin, guya Azərbaycan xalqına canıyananlıq etmək cəhdləri riyakarlıqdan, satqınlıqdan başqa bir şey deyildir və təpədən-dırnağadək daşnak ruhuna xas, "siyasi məhbus" alverçisi Leyla Yunus satılıb və satmaqda davam edir. Növbəti satqınçılıq oyununu Ermənistanın xüsusi xidmət orqanlarının keçmiş rəhbəri David Şahnazaryanın növbəti dəstəyi ilə "Dəhşətli Azərbaycan reallıqlarından" adlı kitabını çıxarıb Ermənistan piştaxtalarına satışına hazırlaşmaq niyyətində olması bu qədər ermənipərəst olduğunu bir daha sübut edərək, satqınlığa ilə "tarixə" düşməsindən fəxr edir. Ancaq bu realllığı anlamır ki, o, Azərbaycanın şanlı tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq. Və xalqın tənəsindən xilas ola bilməyəcək. Və bu gün AŞPA-nın "siyasi məhbuslarla" bağlı "qətnaməsini" dəstəkləməklə sosial şəbəkələrdə "siyasi məhbuslar günahsız insanlardır və onların müdafiəsi"ni "vacib saymaqla" ölkədə seçkiərəfəsi qarışıqlıq yaratmaq niyyətində olduğunu aydın şəkildə göstərir. Necə deyərlər, erməni dəyirmanına su tökdüyünün çox yaxşı bilir. O, daim erməni lobbisinin sifarişlərini yerinə yetirərək, guya Azərbaycanda insanların hüquq və azadlıqlarının pozulması, bəzi adamların siyasi fəaliyyətlərinə görə həbs olunmaları barədə rəy formalaşdırır, beynəlxalq təşkilatlara respublikamızdakı "siyasi məhbuslar"ın uydurma siyahısını təqdim etməklə ermənisifətli obrazının nümayiş etdirir.

Bu gün həyasızcasına L.Yunus "bizim adımızı tarixdən silmək mümkün olmayacaq" tipli bəyanatlar verməklə, anlamır ki, onların adları Azərbaycanın şanlı tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq. Ona görə ki, bu "tarix" yalnız şərdən, böhtandan, xəyanətdən və cəmiyyətə vurulmuş qara ləkədən ibarətdir.

Eyni zamanda, bu satqın onu da bilməlidir ki, nə çıxardığı kitab, nə dəstək olduğu AŞPA-nın "siyasi məhbus" oyununa dəstək olmaqla, heç nəyə nail olmayacaq. Çünki dövlətini satanlar, vətən xainləri daim lənətlə yad olunur.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə