Şərur rayonunda 4 soyuducu anbar yaradılıb

Şərur rayonunda 4 soyuducu anbar yaradılıb

Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə muxtar respublikanın Şərur rayonunda 4 soyuducu anbar yaradılıb, 3-ü genişləndirilib, bir soyuducu anbarın yaradılması və birinin genişləndirilməsi davam etdirilib. SİA xəbər verir ki, rayonun Ələkli kəndində isə istixana təsərrüfatının yaradılması davam etdirilir.

Muxtar respublikanın ən böyük bölgəsi olan Şərurda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə aqrar sektorda kompleks tədbirlərin uğurla həyata keçirilməsi daxili bazarda məhsul bolluğu yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası bu sahədə yeni-yeni uğurlara yol açıb. Artıq rayonda əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına təmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə