Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi”nin “Ürəklərə gedən ipək yol” layihəsi yekunlaşıb. SİA-nın məlumatına görə, layihənin yekunu ilə bağlı Lənkəran şəhər 8 nömrəli tam orta məktəbində təhsil ictimaiyyəti üçün yekun tədbir təşkil edilib. Tədbirə Lənkəran rayonu ilə bərabər, Masallı, Astara və Lerik rayonun təhsil işçiləri də dəvət olunub. Tədbirdə 70 nəfərdən çox təhsil işçisi iştirak edib.
Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər 9 nömrəli tam orta məktəbin müəllimi, layihə rəhbəri Rəsidə Məmmədova dövlətin təhsilə qayğısından, Təhsil Nazirliyinin innovativ müəllimlərin aşkar edilməsi üçün həyata keçirdiyi layihələr və Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin təhsilə verdiyi töhfələri qeyd edib. O, həmçinin qalib olduğu layihə və layihənin məqsədləri, layihə çərçivəsində görülən işlərdən söz açdı, layihəyə cəlb olunan sağlamlıq imkanları məhdud şagirdlərin müyyən edilərək, milli mənəvi dəyərlərimizin simvolu olan xalça sənətinin öyrədilməsindən danışıb. Onun çıxışı zamanı layihənin gedişini, sağlamlıq imkanları məhdud olan 5 nəfər şagirdin xalçaçılıq sənəti üzrə təlim prosesini əks etdirən 6 dəqiqəlik videorolik tədbir iştirakçılarına təqdim edilib.
Tədbirdə iştirak edən Lənkəran təhsil şöbəsində metodkabinetin müdiri Zaur Ağazadə, Lerik təhsil şöbəsində metodkabinetin müdiri Mehman Rəcəbov, Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov, Lənkəran rayon Haftoni qəsəbə tam orta məktəbin direktoru Sevər Ağayeva, Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin direktoru Akif Xalıqov, Lənkəran şəhər 8 nömrəli məktəbin direktoru İlqar Paşayev, Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziyanın direktoru Mənsur Ağayev, Prestij-S Tədris Mərkəzinin direktoru Rahid Səfərov, Astara rayon Ərçivan qəsəbə tam orta məktəbin müəllimi Nuranə Həmidova, Masallı rayonundan təhsil işçisi, müəllim Məhbubə Şahbazova və digər şəxslər layihənin cəmiyyətimizə faydasından, o cümlədən bu layihənin icrası ilə sağlamlıq imkanları məhdud şagirdlərin cəmiyyətə adaptasiyası, gələcəkdə onların məşğulluğunun təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, layihədən faydalanan şagirdlərin peşə yönümlü istedadlarının aşkar edilməsinə olan töhvələrini qeyd ediblər.
Layihə çərçivəsində xalçaçılıq üzrə 3 aylıq təlim kursu keçmiş 5 nəfər sağlamlıq imkanları məhdud şagirdə sertifikatlar və müxtəlif hədiyyələr təqdim edilib.
Tədbirdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Lənkəran Peşə litseyinin, Lənkəran Uşaq və Gənclər İnkişaf Mərkəzinin rəssamlıq və əl işləri sərgilənib.
Tədbirin yekununda Lənkəran rayonun müxtəlif məktəblərində fəaliyyət göstərən özfəaliyyət dərnəkləri, həmçinin Lənkəran şəhər Həqiqət Rzayev adına musiqi məktəbinin şagirdləri tərəfindən hazırlanan rəqs və musiqi nömrələri ifa edilib
Layihənin həyata keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud olan şagirdlərin özlərini cəmiyyətdə yararlı insanlar kimi hiss etmələri, onlarda peşə və sənət vərdişlərinin aşkar edilməsi, həmin şagirdlərin gələcəkdə məşğulluğunu təmin etməkdən ibarətdir.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB